“Otokar” IDEF-2021-də yeni nəsil maşınlarını sərgiləyəcək

“Otokar” IDEF-2021-də yeni nəsil maşınlarını sərgiləyəcək

Bu il 15-ci dəfə keçiriləcək IDEF-2021 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində “Otokar” şirkəti üstün əməliyyat və dözümlülük qabiliyyətinə sahib yeni nəsil nəqliyyat vasitələri ilə sərgiyə möhürünü vuracaq.

“Otokar” şirkətindən “Poliqon”a verilən məlumata görə, “Koç Group” şirkətlərindən, Türkiyədə qlobal quru sistemləri istehsalçısı “Otokar” 2021-ci ilin 17-20 avqust tarixlərində keçiriləcək IDEF-2021 XV Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə Türkiyədə dizayn olunan və istehsal edilən hərbi maşınları və qüllə sistemləri ilə qatılacaq.

Türkiyə Respublikası Prezidentinin himayəsində, Milli Müdafiə Nazirliyinin ev sahibliyində, İstanbuldakı “Tüyap” Sərgi və Konqres Mərkəzində həyata keçiriləcək IDEF-2021 sərgisində “Otokar” stendini ziyarət edəcək istifadəçilər, şirkətin 11 çeşiddə zirehli nəqliyyat vasitələrini yaxından görmə və incələmə imkanına sahib olacaqlar.

“Otokar” stendində nümayiş etdiriləcək yeni nəsil maşınlar arasında “Arma 6×6” və “Arma 8×8” çox təkərli zirehli maşınları, o cümlədən “Tulpar” tırtıllı maşınları yer alacaq. Yeni nəsil nəqliyyat vasitələri arasında “Akrep II” maşının dizel versiyası “Akrep IId” ilk dəfə IDEF-2021-də təqdim olunacaq. Habelə “Cobra II MRAP” minaya qarşı qorumalı zirehli maşını ilk dəfə Türkiyədəki istifadəçilərlə görüşəcək.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc bildirib ki, quru sistemlərində 34 illik hərbi maşın təcrübəsiylə Türkiyənin ən seçimli şirkəti hesab olunan “Otokar”, Türk ordusu və təhlükəsizlik qüvvələri daxil olmaqla, dünyadan 35-də artıq dost və müttəfiq istifadəçiləri üçün bu günün və gələcək təhdidlərə qarşı ən yaxşı məhsul və xidmətləri təqdim etmək üçün çalışır.

“Türkiyədə və dünyada fərqli iqlim və coğrafiyalarda qazandığımız təcrübələri nəqliyyat vasitəsi hazırlama çalışmalarımızda əks etdiririk. Quru sistemləri sahəsində sektora öncülük edən və bir çox yeniliyi gətirən bir şirkət olaraq, məhsullarımız, mühəndislik qabiliyyətimiz, istehsal imkanlarımız və təcrübəmizlə hər zaman ölkəmiz üçün xidmətə hazırıq”, – deyə “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc vurğulayıb.

IDEF-2021 sərgisində nümayiş etdiriləcək “Otokar” məhsulları bunlardı:

  • “Tulpar” 105 mm qüllə inteqrasiya olunmuş tırtıllı yeni nəsil zirehli döyüş maşını;
  • “Tulpar” 30 mm “Mızrak” qülləsi ilə təchiz olunmuş qülləli tırtıllı yeni nəsil zirehli döyüş maşını;
  • “Tulpar-S” tırtıllı zirehli maşın, “Başok” qülləsi ilə;
  • “Arma 8×8” çox təkərli zirehli maşın, “Korhan” qülləsi ilə;
  • “Arma 8×8” çox təkərli zirehli maşın, 30 mm “Nefer” qülləsi ilə;
  • “Arma 6×6” çox təkərli zirehli maşın, 25 mm “Mızrak” qülləsi ilə;
  • “Akrep IId” zirehli kəşfiyyat, nəzarət və silah platforması maşını, 90 mm-lik qüllə ilə;
  • “Cobra II MRAP” minaya qarşı qorumalı zirehli maşın;
  • “Cobra II” personal daşıyıcı;
  • “Cobra II” təcili müdaxilə ambulansı;
  • “Ural” zirehli personal daşıyıcı, “Başok” qülləsi ilə.

Poliqon.az

CATEGORIES
TAGS