“Otokar” insansız hərbi maşınlar istehsal edəcək

“Otokar” insansız hərbi maşınlar istehsal edəcək

Türkiyənin “Otokar” şirkəti ilə Estoniyanın “Milrem Robotics” şirkəti arasında insansız hərbi maşınların birgə istehsalına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə “Poliqon”a “Otakar” şirkətindən məlumat verilib.

otokar1“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc bildirib ki, “Otokar” şirkəti müasir orduların və təhlükəsizlik qüvvələrinin mövcud və gələcək ehtiyaclarını nəzərə alaraq quru sistemlərində modern həllər təqdim etməyə davam edir: “Bu çərçivədə “Milrem Robotics” ilə əməkdaşlığımızı elan etməkdən məmnunuq. “Otokar”ın zirehli maşınlarda üstün “Ar-Ge”, mühəndislik və sınaq qabiliyyətlərinin “Milrem Robotics”in avtonom, süni intellekt və uzaqdan idarəetmə təcrübəsi ilə birləşməsi nəticəsində insansız və uzaqdan idarə olunan quru sistemləri sahəsində əhəmiyyətli inkişaflara nail olacağıq. Bu əməkdaşlıq, əlavə olaraq “Otokar”ın insansız quru nəqliyyat vasitələri seqmentini qurmaqda bir addım daha irəli getməyini təmin edəcək”.

“Milrem Robotics” şirkətinin baş icraçı direktoru (CEO) Kuldar Vaarsi isə qeyd edib ki “Milrem Robotics” şirkətinin avtonom və robot sistemləri ilə “Otakar”ın quru nəqliyyat vasitələrindəki təcrübəsini birləşdirərək quru sistemləri sahəsində müştərilərə yeni imkanlar təqdim ediləcək.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS