“Otokar” şirkəti Qazaxıstanda zirehli döyüş maşınları istehsal edə bilər

“Otokar” şirkəti Qazaxıstanda zirehli döyüş maşınları istehsal edə bilər

Türkiyənin “Otokar” şirkəti Qazaxıstan Ordusu tərəfindən sınaqdan keçirilmiş NATO standartlarına uyğun olaraq hazırlanmış “Arma 8×8” və “Tulpar” zirehli döyüş maşınlarını Qazaxıstanda istehsal etməyə hazırdır.

Bu barədə “Poliqon”a açıqlamasında “Otokar”ın Qazaxıstanda yerləşən “Otokar Central Asia” şirkətinin İdarə Heyətinin üzvü Ufuk Aybar bildirib.

“Otokar Central Asia” şirkətinin 2019-cu ildən Qazaxıstanda fəaliyyət göstərdiyini deyən Ufuk Aybar, gələcəkdə NATO standartlarına uyğun maşınlar istehsal edərək Orta Asiyada şirkətlərinin imkanlarını genişləndirməyi və regional iqtisadiyyatın inkişafına töhfə verməyi planlaşdırdıqlarını qeyd edib.

arma ufuk“Regionda “Otokar Central Asia” şirkəti olaraq cəmi 3 il əvvəl yaradılsaq da, “Otokar” məhsulları uzun müddətdi ki, Qazaxıstan ordusu tərəfindən istifadə edilir. Qazaxıstanı mərkəz alaraq Orta Asiyadakı mövcud və potensial istifadəçilərimizə yaxın olmağı, onların ehtiyaclarını anlayaraq uyğun həllər təklif etməyi və regionda böyüməyi hədəfləyirik. Bu məqsədlə regionda yerli istehsal başda olmaq üzərə iş ortaqları, ortaq məhsul hazırlamaq və texnologiya transferi kimi müxtəlif əməkdaşlıq imkanlarını qiymətləndiririk.

Hazırda prioritetimiz hərbi avtomobil istehsalıdır. “Otokar Central Asia” olaraq, dünyada özünü doğrultmuş 8×8 və tırtıllı zirehli maşınları texnologiya transferi ilə Qazaxıstanda yerli olaraq istehsal etməyə hazırıq. İlk növbədə yalnız Qazaxıstan üçün xüsusi nəqliyyat vasitələri istehsal edəcək, bununla birlikdə ölkənin əmək bazarı ilə ixracına da töhfə verəcəyik”, – deyə Ufuk Aybar vurğulayıb.

“Otokar Central Asia” şirkətinin İdarə Heyətinin üzvü bildirib ki, “Otokar” istehsalı olan, NATO standartlarına cavab verən “Arma 8×8” taktiki təkərli zirehli döyüş maşını və “Tulpar” tırtıllı zirehli döyüş maşını ötən il Qazaxıstan Silahlı Qüvvələrinin üç fərqli ordu komandanlığının hərbçiləri tərəfindən test edilib. Onun sözlərinə görə, “Arma 8×8” Qazaxıstanın müxtəlif coğrafi və iqlim şəraitində 6 ay boyunca çətin sınaqlardan keçib, bütün yol və atış testlərini uğurla tamamlayıb.

“Arma 8×8” amfibiya döyüş maşını Xəzər dənizi sınaqlarında

2022 02 26 00 21 16 Ufuk Aybar bildirib ki, “Arma 8×8” amfibiya tipli nəqliyyat vasitəsi dəfələrlə Xəzər dənizində üzmək qabiliyyətini nümayiş etdirib: “Maşın üzərkən üzərindəki silahlardan istifadə etməklə dəniz, quru və hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir. Quruda isə 50 km/saat və daha yüksək sürətlə hərəkət edərkən hədəfləri effektiv şəkildə məhv edə bilir. Nüvə, bioloji və kimyəvi (NBK) olaraq çirklənmiş mühitdə də döyüşə fasilə vermədən davam edə bilir. Sınaqlar torpaq, səhra və palçıqlı ərazi şəraitdə, eləcə də nəqliyyat üçün açıq olan şəhərlərarası yollarda aparılıb. “Arma 8×8” bütün sınaqlarda 3 təkərsiz hərəkət qabiliyyətini itirmədi və təxminən 1 saat ərzində bütün enerji paketini ərazi şərtlərində yenisi ilə əvəz edə bildi.

Xüsusi olaraq demək istəyirəm ki, “Arma 8×8” zirehli maşının ən əhəmiyyətli xüsusiyyətlərindən biri əsgərlərə təmin etdiyi təhlükəsizlikdir. Üzən döşəməsi və 5 nöqtəli təhlükəsizlik kəmərli oturacaqları ekipajın təhlükəsizliyini təmin edərkən, bütün lyuklardakı olan və düşmən tərəfindən çöldən açılmağa mane olan müharibə kilidi də sınaqlar boyu istifadə edildi. Nüvə, bioloji və kimyəvi təhlükələrdə belə, maşının içərisindəki personalın qaz maskalarından istifadə etməsinə ehtiyac olmur. Uzun müddət gözləməli missiyalarda mühərrik işləməsə belə, bütün sistemlərini işlədəcək köməkçi güc qrupu sayəsində elektrik enerjisini də istehsal edə bilir”.

arma 8x8 5Ufuk Aybar bildirib ki, “Otokar” şirkəti tərəfindən yerli imkanlar hesabına dizayn və istehsal edilən “Arma 8×8” üstün taktiki və texniki xüsusiyyətlərə sahib modulyar, çox funksiyalı təkərli zirehli nəqliyyat vasitəsidir. Üstün manevr qabiliyyəti, yüksək mina və ballistik qoruması, orta və yüksək çaplı silah sistemləri ilə inteqrasiya variantları sayəsində “Arma 8×8” ən çətin ərazi və iqlim şəraitində, döyüş əməliyyatlarında xidmət edə bilir. “Arma 8×8” yüngül pulemyotla silahlandırılmış döyüş modullarından 25-30 mm orta çaplı toplar və 105 mm topa qədər müxtəlif silah sistemlərinin inteqrasiyası üçün uyğundur.

Şirkət rəsmisinin sözlərinə görə, 336 at gücündəki 6 slindirli, su soyutmalı turbo dizel mühərriklə təchiz edilən zirehli nəqliyyat vasitəsinin döyüş ağırlığı 24 tondur. Maşının yanacaq deposu 400 litr, maksimum sürəti 105 km/saat, suda sürəti 8 km/saat, gediş ehtiyyatı 700 km təşkil edir. “Arma 8×8” transportyoru komandir və sürücü daxil olmaqla 12 personal daşımaq imkanına sahibdir. Personalın oturacaqları yaralanmaya qarşı xüsusi olaraq hazırlanıb.

Ufuk Aybar onu da qeyd edib ki, hazırda, sınaqları uğurla tamamlanan “Arma 8×8” zirehli maşının Qazaxıstanda istehsalına dair danışıqlar aparılır və qiymətləndirmə prosesi davam edir.

“Tulpar” sınaqlardan uğurla keçib

tulparOnun sözlərinə görə, “Otokar” şirkətinin istehsalı olan tırtıllı “Tulpar” piyadanın döyüş maşını (PDM) da Qazaxıstan Silahlı Qüvvələrinin təşkil etdiyi sınaqlardan uğurla keçib və istehsala hazırdır. “Tulpar” PDM sınaqlarda palçıqlı ərazi, gölməçə, çəmənlik, xəndək və maili yol kimi müxtəlif şərtlərdə özünün mobilliyini nümayiş etdirib. Mobilliklə yanaşı qüllənin və silahların da əkstəsir imkanları nümayiş olunub. “Otokar” şirkəti tərəfindən hazırlanmış “Mızrak-30” döyüş qülləsinin yeni məsafədən idarə olunan versiyası ilə təchiz edilmiş “Tulpar” PDM-in nişanalma və atıcılıq qabiliyyətləri həm sabit dayanmış vəziyyətdə, həm də hərəkətdə olduğu zaman sınanmışdır.

Bildirilib ki, standart qüllədə 30 mm-lik avtomatik top, topla qoşalaşdırılmış 7,62 mm-lik pulemyot, lazer tuşlamalı L-UMTAS tank əleyhinə idarə olunan raket kompleksi, tüstü qumbaraatanı, elektro-optik sistem və kiçik dirək (maçta) quraşdırılıb. Əsas kompozit zireh 14,5 mm-lik gülləyə, ön proyeksiyada isə 25 mm-lik zirehdələn mərmiyə qarşı qorunmanı təmin edir. Modul zireh qurmaq imkanı nəzərə alınıb.

tulpar s“Tulpar” döyüş maşınının maksimal kütləsi (komplektləşmədən asılı olaraq) 28.000 kq – 45.000 kq, maksimal heyət sayı 12 nəfər (sürücü-mexanik, maşın komandiri, tuşlayıcı və manqanın 9 nəfərlik heyəti) təşkil edir. PDM-in uzunluğu 7200 mm, eni 3450 mm, hündürlüyü (gövdənin damı üzrə) 2100 mm, klirensi 450 mm-dir. 720 at (530 kW) gücündə MTU 8V199 turbodizel mühərrik və avtomatik sürətlər qutusuna malik zirehli döyüş maşının maksimal hərəkət sürəti 70 km/saat, geri hərəkətdə 40 km/saat, gediş ehtiyatı 600 kilometrdir. “Tulpar” dəf etdiyi su maneəsi 1500 mm, yan əyilmə 40 faiz, dik yamac 60 faiz, şaquli maneə 1000 mm, xəndək 2600 mm təşkil edir. Mina, əldəqayırma partlayıcılar, kimyəvi və kinetik enerjili sursatlara qarşı müdafiə qabiliyyətinə sahib “Tulpar”ın mina partlayışlarına qarşı qoruması NATO STANAG 4569 səviyyəsinə uyğundur.

Poliqon.az

CATEGORIES
TAGS