“Otokar” zirehli maşınları Malayziyada nümayiş olunur

“Otokar” zirehli maşınları Malayziyada nümayiş olunur

Quru sistemləri sahəsində 40 ilə yaxın təcrübəsi olan Türkiyənin “Otokar” şirkəti 6-9 may tarixlərində Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən DSA 2024 sərgisində öz məhsullarını və imkanlarını təqdim edir.

“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, 4 gün davam edəcək sərgidə şirkətin dünyaca məşhur COBRA II və AKREP II zirehli maşınları nümayiş olunur.

“Otokar” şirkəti DSA 2024 sərgisində öz dizaynı və istehsalı olan zirehli hərbi maşınlardan başqa, quru sistemləri sahəsindəki üstün imkanlarını da təqdim edir.

NATO və BMT tədarükçüsü olan “Otokar”, öz texnologiyası və dizaynı ilə 4×4, 6×6, 8×8 təkərli zirehli nəqliyyat vasitələri, tırtıllı zirehli texnikalar, insansız zirehli maşınlar və qüllə sistemləri istehsal etməklə müdafiə sənayesində qlobal güc olaraq seçilir.

Beş qitənin 40-dan çox ölkəsində 33 mindən artıq hərbi maşını xidmətdə olan “Otokar”, dünyanın müxtəlif coğrafiyalarında əldə etdiyi təcrübəni nəqliyyat vasitəsi inkişaf fəaliyyətlərinə əks etdirir. Bu yolla “Otokar” bugünkü və gələcək təhdidlərə qarşı üstün həllər təklif edərək sektorda fərq yaratmağa davam edir.

“Otokar”ın hərbi maşınları modul quruluşu və üstün hərəkət qabiliyyəti ilə seçilir. Bu avtomobillər hətta çətin ərazilərdə belə yüksək performans və təhlükəsizlik təklif etməklə ən kritik missiyalarda lazım olan dəstəyi təmin edir.

Quru sistemləri bu günün dəyişən ehtiyaclarını və gözləntilərini qarşılamaq üçün daim təkmilləşir. Bu sahədə lider rolunu üzərinə götürən “Otokar” qlobal biliyi, yüksək səviyyəli Tə-İn (tədqiqat və inkişaf) fəaliyyətləri, yaradıcı dizayn yanaşması və mühəndislik qabiliyyəti ilə bu dəyişikliyə bayraqdarlıq etməyə davam edir. Ötən il dövriyyəsinin 4 faizini Tə-İn xərclərinə ayıran şirkət sektorda yeniliklərini davam etdirib. İstifadəçi ehtiyaclarını ən yaxşı şəkildə təhlil edərək, mühəndislik gücü və sınaq sahəsindəki təcrübəsi ilə tələblərə sürətli şəkildə cavab verən “Otokar”, son illərdə texnologiya transferindəki imkanları ilə də diqqətləri üzərinə çəkir və qlobal arenadakı mövqeyini artırır.

Regionun ən əhəmiyyətli sərgilərindən biri olan DSA çərçivəsində “Otokar” şirkəti Asiya-Sakit Okean regionunda mövcudluğunu artırmaq üçün hazırkı və potensial istifadəçiləri ilə əlaqələrini inkişaf etdirib, yeni əməkdaşlıq imkanlarını qiymətləndirəcək. DSA həm də regionda yerli əlavə dəyər əməliyyatlarının və sənaye əməkdaşlığı imkanlarının yaradılması baxımından mühüm sərgi olacaq.

COBRA II

COBRA II zirehli nəqliyyat vasitəsi yüksək mühafizəsi, daşıma səviyyəsi və böyük daxili həcmi ilə seçilir. Üstün hərəkət qabiliyyətinə əlavə olaraq, komandir və sürücü də daxil olmaqla 10 personalı daşımaq qabiliyyətinə malik COBRA II, ballistik, mina və PUA təhlükələrinə qarşı üstün müdafiəsi sayəsində yüksək səviyyəli təhlükəsizlik təklif edir.

Ən çətin relyef və iqlim şəraitində yüksək performans təmin edən COBRA II tələb olunan müxtəlif tapşırıqlara mükəmməl uyğunlaşır. Geniş çeşidli silah inteqrasiyası və missiya avadanlığı seçimləri sayəsində xüsusilə üstünlük verilən COBRA II Türkiyə və ixrac bazarlarında sərhəd mühafizəsi, daxili təhlükəsizlik və sülhməramlı əməliyyatlar da daxil olmaqla bir çox missiyanı uğurla yerinə yetirir. Zirehli nəqliyyat vasitəsi modul quruluşu sayəsində personal daşıyıcısı, silah platforması, yerüstü müşahidə radarı, KBRN kəşfiyyat maşını, komanda idarəetmə vasitəsi və ambulans kimi də xidmət göstərə bilər.

AKREP II

İlk dəfə 1990-cı illərdə inkişaf etdirilən və qlobal miqyasda özünü sübut edən AKREP zirehli maşın ailəsi əsasında hazırlanan AKREP II, zirehli kəşfiyyat, müşahidə və silah platforması kimi dizayn edilib. Aşağı silueti, yüksək hərəkətliliyi və sağ qalma qabiliyyəti ilə müasir orduların indiki və gələcək ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulan AKREP II ailəsi 90 mm-ə qədər silah daşımağa uyğun modul quruluşu ilə diqqət çəkir.

AKREP II-nin daimi dörd təkərli ötürücü sistemi zirehli maşına unikal manevr imkanı təqdim edir. Palçıq, qar və gölməçələr kimi hər cür relyef şəraitində üstün hərəkətlilik və yola tutunma qabiliyyətinə malik olan AKREP II, zirehli maşının arxa hissəsində yerləşən U tipli güc paketi ilə istifadəçilərə yığcam dizayn və yüksək qoruma təqdim edir. Bir çox fərqli missiya profillərinə uyğunlaşmaq üçün hazırlanmış AKREP II zirehli kəşfiyyat, hava hücumundan müdafiə, tank əleyhinə vasitə, atəş dəstək maşını və irəli müşahidə kimi missiyalarda istifadə oluna bilər.

AKREP II alternativ enerji mənbələrindən istifadə etməyə imkan verən infrastruktura malikdir. AKREP II aşağı silueti, yüksək mina qorumasını və effektiv atəş gücünü eyni platformada təklif edir.

CATEGORIES
TAGS