
Türkiyənin “Otokar” şirkəti adı açıqlanmayan xarici müştəri ilə müxtəlif tipli təkərli zirehli nəqliyyat vasitələrinin tədarükünü və bu platformalar üçün logistika dəstəyi xidmətlərini əhatə edən 1.4 milyard ABŞ dolları dəyərində ixrac müqaviləsi imzalayıb.
“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, müqavilə zəruri rəsmi qurumların təsdiqlərinin alınmasından, bank zəmanəti ilə bağlı prosedurların tamamlanmasından və avans ödənişinin həyata keçirilməsindən sonra qüvvəyə minəcək.
Şirkətin müqavilə üzrə öhdəliklərinin və əldə edəcəyi avans ödənişinin təminatı olaraq, ümumi məbləği 441.6 milyon ABŞ dolları olan bank zəmanətləri müştəriyə təqdim ediləcək.
Müvafiq nəqliyyat vasitələrinin tədarükünə 2027-ci ildən başlanılması və tədarüklərin partiyalar şəklində 3 il ərzində tamamlanması planlaşdırılır. Müqavilə 7 il müddətində qüvvədə olacaq.





