“Otokar”ın “Tulpar” PDM-i Qazaxstanda sınaqlardan uğurla keçib

“Otokar”ın “Tulpar” PDM-i Qazaxstanda sınaqlardan uğurla keçib

Türkiyənin “Otokar” şirkətinin istehsalı olan tırtıllı “Tulpar” piyadanın döyüş maşını (PDM) Qazaxıstan Silahlı Qüvvələrinin təşkil etdiyi sınaqlardan uğurla keçib.

“Poliqon” xəbər verir ki, bu barədə “Raily News” nəşri məlumat yayıb.

“Tulpar” PDM sınaqlarda palçıqlı ərazi, gölməçə, çəmənlik, xəndək və maili yol kimi müxtəlif şərtlərdə özünün mobilliyini nümayiş etdirib. Mobilliklə yanaşı qüllənin və silahların da əkstəsir imkanları nümayiş olunub.

Qeyd etmək lazımdır ki, “Otokar” şirkəti tərəfindən hazırlanmış “Mızrak-30” döyüş qülləsinin yeni məsafədən idarə olunan versiyası ilə təchiz edilmiş “Tulpar” PDM-in nişanalma və atıcılıq qabiliyyətləri həm sabit dayanmış vəziyyətdə, həm də hərəkətdə olduğu zaman sınanmışdır.

Standart qüllədə 30 mm-lik avtomatik top, topla qoşalaşdırılmış 7,62 mm-lik pulemyot, lazer tuşlamalı L-UMTAS tank əleyhinə idarə olunan raket kompleksi, tüstü qumbaraatanı, elektro-optik sistem və kiçik dirək (maçta) quraşdırılıb. Qazaxıstanın əsasən sovet standartlı sursatlardan istifadə etdiyini nəzərə alsaq, qüllənin Qərb standartlı 30x165mm əvəzinə rus 30×173 sursatından istifadə edən topla təchiz edildiyini ehtimal etmək olar.

Əsas kompozit zireh 14,5 mm-lik gülləyə, ön proyeksiyada isə 25 mm-lik zirehdələn mərmiyə qarşı qorunmanı təmin edir. Modul zireh qurmaq imkanı nəzərə alınıb.

Əsas xassələri:

– döyüş maşınının maksimal kütləsi (komplektləşmədən asılı olaraq) – 28.000 kq – 45.000 kq

– maksimal heyət sayı – 12 nəfər: sürücü-mexanik, maşın komandiri, tuşlayıcı və manqanın 9 nəfərlik heyəti.

– uzunluğu – 7200 mm

– eni – 3450 mm

– hündürlüyü (gövdənin damı üzrə) – 2100 mm

– klirens – 450mm

– mühərrik – 700-1000 at gücünə malik turbodizel mühərrik

– sürətlər qutusu – avtomatik

– maksimal hərəkət sürəti – 70 km/s

– yanacaq üzrə gediş ehtiyatı – 500 km

– dəf etdiyi maneələr:

– su maneəsi – 1500 mm

– yan əyilmə – 40%

– dik yamac – 60%

– şaquli maneə – 1000 mm

– xəndək – 2600 mm

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS