Özbəkistan L-39 təlim-döyüş təyyarələrini təkmilləşdirib

Özbəkistan L-39 təlim-döyüş təyyarələrini təkmilləşdirib

Özbəkistan Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd L-39 “Albatros” təlim-döyüş təyyarəsi Çexiyanın “Aero Vodochody Aerospace” şirkəti tərəfindən əsaslı təmir edilib və modernləşdirilib.

“Poliqon” xəbər verir ki, Özbəkistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, “Aero Vodochody Aerospace” şirkətinin təkmilləşdirdiyi 6 ədəd L-39 “Albatros” təlim-döyüş təyyarəsinin sonuncusu Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Qeyd edək ki, 2018-ci ilin sentyabrında Özbəkistan HHQ-nin aviasiya parkında yer alan L-39 təyyarələrinin təkmilləşdirilməsinə dair “Aero Vodochody Aerospace” şirkəti ilə müqavilə imzalanıb. 2019-cu ildə 6 ədəd L-39 təyyarəsi Çexiyanın Vodokodi ərazisində yerləşən “Aero Vodochody Aerospace” müəssisəsinə çatdırılıb.

CATEGORIES
TAGS