Özbəkistan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıqlarını dərinləşdirir

Özbəkistan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıqlarını dərinləşdirir

Özbəkistanın paytaxtı Daşkənddə Türkiyə-Özbəkistan Müdafiə Sənayesi Əməkdaşlığının 2-ci iclası keçirilib.

Bu barədə “Poliqon” Türkiyənin Müdafiə Sənayesi Başqanlığına (SSB) istinadən xəbər verib.

Bildirilib ki, iclasda Özbəkistanın Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru İbodullayev Mansurjon Qapparoviç, Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün, şirkət nümayəndələri və digər rəsmilər iştirak edib.

İclas zamanı tərəflər müdafiə sənayesi layihələri və məhsulları ilə bağlı əməkdaşlıq imkanlarının qiymətləndirilməsinə dair müzakirələr aparıb.

Qeyd olunub ki, iclasda iştirak edən Türkiyənin ASELSAN şirkəti ilə Özbəkistan Silahlı Qüvvələri arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və Özbəkistana qabiliyyət qazandırılmasını hədəfləyən Xoşməramlı Bəyannamə imzalanıb.

İclasdan sonra Türkiyə Müdafiə Sənayesi Başqanlığının nümayəndə heyəti Özbəkistanın Baş Qərargah rəisi general-mayor Şuxrat Xolmuxəmmədov ilə görüş keçirib.

CATEGORIES
TAGS