
PAC-3 tutucu raketləri üçün arayıcı komponent istehsalı rekord səviyyəyə çatdırılıb
Ötən il “Boeing” şikrəti “Patriot Advanced Capability-3” (PAC-3) tutucu raketləri üçün arayıcı komponent istehsalını rekord səviyyəyə çatdırıb.
“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, 2024-cü ildə şirkət tərəfindən 500-dən çox arayıcı çatdırılıb.
Bildirilib ki, cari ilin əvvəlində də şirkət arayıcı komponentlı bağlı aylıq və 12 aylıq orta istehsal göstəricilərində yeni rekordlar müəyyənləşdirib.
Sözügedən arayıcı komponent “Patriot” hava hücumundan müdafiə (HHM) sisteminin istifadə etdiyi qabaqcıl tutucu raketlərin düşmən təyyarələrindən tutmuş qabaqcıl ballistik və qanadlı raketlərə qədər müxtəlif təhlükələri aşkarlamasına, izləməsinə və məhv etməsinə imkan yaradır.
“Boeing”, “Lockheed Martin” şirkətinin subpodratçısı kimi PAC-3 tutucu raketlərinin arayıcılarını ABŞ və tərəfdaş ölkələr üçün istehsal edir. Hazırda dünyanın 17 ölkəsi PAC-3 tutucu raketlərindən istifadə edir və son olaraq Ukrayna bu ölkələrin sırasına qoşulub.