Pakistan Çindən 5-ci nəsil döyüş təyyarələri alır
Pakistan Hərbi Hava Qüvvələri (HHQ) Çin istehsalı olan 5-ci nəsil “Shenyang” J-31 (və ya FC-31) döyüş təyyarələri alır.
“Poliqon” xəbər verir ki, bu barədə Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Zahir Əhməd Baber Sidhu deyib.
O bildirib ki, yaxın gələcəkdə Pakistan HHQ-nin aviasiya parkında yer alacaq J-31 döyüş təyyarəsinin satın alınmasının əsası artıq qoyulub.
Qeyd edək ki, “stealth” tipli 5-ci nəsil J-31 döyüş təyyarəsi Çinin AVIC (“Aviation Industry Corporation of China”) şirkətinin törəməsi SAC (“Shenyang Aircraft Corporation”) şirkəti tərəfindən hazırlanıb və ilk uçuşunu 2012-ci ildə həyata keçirib.