Pakistan dəniz patrul təyyarələri üçün “Leonardo”nu seçdi
Pakistan, dəniz patrul təyyarələrinin idxalı üçün İtalyanın “Leonardo” şirkəti ilə müqavilə imzalayıb.
“Poliqon” bu barədə “C4 Defence”ə istinadən xəbər verib.
Anlaşmaya görə, üç “Embraer Lineage 1000” reaktiv təyyarəsi Pakistan Hərbi Dəniz Qüvvələrinin istifadəsi üçün uzun mənzilli dəniz patrul təyyarələrinə çevriləcək.
Razılaşmaya əsasən, Pakistanın inventarında mövcud olan yeganə “Lineage 1000″ə əlavə olaraq iki təyyarə alınacaq. Leonardo təyyarələrin patrul vəzifəsini yerinə yetirməsi üçün dizayn, modifikasiya, quraşdırma və inteqrasiya işlərini həyata keçirəcək.
Pakistan İtaliya ilə yanaşı, Cənubi Afrikada yerləşən “Paramount Group” ilə də razılığa gəlib. “Paramount Group”, təyyarələrin təmirini öz üzərinə götürəcək. Yeni aviasiya platformalarının Pakistan HDQ-nin inventarındakı “P-3C Orion” dəniz patrul təyyarələrini əvəz edəcəyi gözlənilir.
Həşim Səhrablı