Pakistan donanmasının yeni freqatı dənizə endirilib

Pakistan donanmasının yeni freqatı dənizə endirilib

Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilmiş “Type-054” sinifli freqat Çinin Şanxay şəhərində dənizə endirilib.

Azeri Defence saytının məlumatına görə, bu barədə Pakistan Hərbi Dəniz Qüvvələrinin sosial media hesabında bildirilib.

“Type-054” sinifli ilk freqatın dənizə endirilməsi münasibətilə keçirilən mərasimdə Pakistan Hərbi Dəniz Qüvvələrinin və CSTC / “Hudong Shipyard” gəmiqayırma şirkətinin rəsmiləri iştirak edib.

Bildirilib ki, CSTC / “Hudong Shipyard” gəmiqayırma şirkəti tərəfindən inşa edilmiş “Type-054” sinifli freqat müasir silah sistemləri, dəniz-döyüş idarəetmə sistemi və sensorlarla təchiz edilib.

CATEGORIES
TAGS