
Pakistan HHQ-nin rəhbərliyi “Bunyanum Marsoos” əməliyyatında çəkindirmə qaydalarını yenidən yazdı

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı marşal Zahir Əhməd Baber Sidhu
“Hər hansı qərar anında edə biləcəyiniz ən yaxşı şey düzgün olanı etməkdir. İkinci ən yaxşısı – səhv olanı. Ən pisi isə heç nə etməməkdir.”
— Teodor Ruzvelt
Krizis anlarında liderlik abstrakt bir dəyər deyil, yeganə sabit dəyişənə çevrilir. Hindistan Silahlı Qüvvələri 6-7 may gecəsi Pakistanın suverenliyini pozaraq xalqımızın qətiyyətini düzgün qiymətləndirmədi. Baş verən hava döyüşü isə təkcə döyüş sahəsi deyil, eyni zamanda cəsarət, dəqiqlik və komandanlıq ruhunun aynası oldu. Gərginliyin girdabında Pakisan Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Zahir Əhməd Babər Sidhunun liderliyi və uzaqgörənliyi 7-0 kimi bənzərsiz bir nəticə ilə yekunlaşan uğura səbəb oldu. Bu, müasir hava müharibəsi tarixində misli görünməmiş bir nailiyyətdir.
Hava üstünlüyünün milli etibarla sinonim sayıldığı bir dövrdə bu an təkcə taktiki bacarıq deyil, “kairos” anı idi: zaman, baxış və liderliyin mükəmməl vəhdəti. Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) düşmən təyyarələrinə cavabı bir nümayiş yox, strateji simfoniya idi. Rəqib yalnız havada deyil, həm də öz təkəbbüründən məhrum edildi. Hindistan Pakistana qarşı qarayaxma kampaniyasına başlamışdı, lakin sonda diplomatik təcridə məruz qaldı, Pakistan isə beynəlxalq siyasət və strateji diskussiyaların mərkəzinə yüksəldi.
Pakistan bu uğuru necə qazandı?
Bu suala cavab bizi XX əsrin ən mühüm diplomatlarından biri – amerikalı siyasətçi Henri Kissincerin fikrinə aparır: “Diplomatiya mərhəməti yox, gücü izləyir”. Şərtləri uğurlular müəyyən edir, çətinlik içində olanlar yox.
25 mayda Pakistan HHQ-nin cavabı necə inkişaf etdi?
Hərbi Hava Qüvvələri bu gün yalnız sürət və çatım imkanına görə deyil, eyni zamanda yaratdığı psixoloji təsirə görə də siyasi iradənin ifadəsinə çevrilib. Səmaları idarə edənlər, çox zaman narrativi də idarə edirlər. Hindistanın təcavüzkar niyyəti elə sarsıdıcı şəkildə qarşılandı ki, Hindistan Baş nazirinin sözləri ilə desək: “Biz Pakistana cəzasız zərbə vuracağımızı düşündük, amma Pakistan HHQ bizə hücum etdi”.
Bu uğur təsadüfi deyildi. Bu, son 4 ildə aviasiya marşalı Zahir Əhməd Babər Sidhunun rəhbərliyi ilə Pakistan HHQ-də həyata keçirilən dərin transformasiyanın nəticəsi idi. O, komandanlığı ələ aldıqdan sonra Hərbi Hava Qüvvələrini təşkilatlandırmağa, modernləşdirməyə və vision ətrafında cəmləşdirməyə başladı. O vaxt bu, bir çoxları üçün çətin təsəvvür olunan bir məsələ idi.
Tam spektrli çoxsahəli müharibə
Hindistanın “Rafale” təyyarələrini silahlanmaya daxil etməsini öncədən görən Pakistan HHQ, J-10C qırıcılarını PL-15 BVR raketləri ilə birlikdə istifadəyə verdi və hava-hava döyüşlərində üstünlüyünü geri qazandı. Amma liderlik bununla kifayətlənmədi.
Pakistan Hərbi Hava Qüvvələri hava, kosmik, kiber və elektron müharibə sahələrini birləşdirən çoxsahəli modernləşmə strategiyasını həyata keçirdi. Pilotsuz uçuş aparatlarının (PUA), radio-elektron müharibə platformalarının və şəbəkə mərkəzli əməliyyatların istifadəsi genişləndirildi. Kiber və kosmik sahələrdə risklər gücə çevrildi. Bunlar ayrı-ayrı təkmilləşdirmələr deyildi. Bunların hamısı bir “vahid ölüm zəncirinə” çevrilərək 25 may döyüşündə həlledici təsir göstərdi.
Yerli innovasiya: Gələcəyin sahibi olmaq
Xarici sistemlərdən asılılıq riskini anlayan Pakistan HHQ, Zahir Əhməd Babər Sidhunun rəhbərliyi ilə yerli tədqiqat və inkişafı prioritetə çevirdi. Bu istiqamətdə əsas təşəbbüslərdən biri (Milli Aerokosmik Elm və Texnologiya Parkı (NASTP)) akademiya, sənaye və dövlətin birgə innovasiya ekosistemidir.
Bu kurs sadəcə iqtisadi qənaət deyil, strateji muxtariyyət məsələsidir. Kritik texnologiyalara çıxışın bir düymə ilə dayandırıla bildiyi bir dövrdə, Pakistan Hərbi Hava Qüvvələri itaətkarlıq yox, suverenlik seçdi.
Doktrina, nümayişdən üstündür
Hindistan mediası “Rafale” təyyarələrini “Brahmastra” adlandırsa da, Pakistan HHQ dəqiqliyə, planlamaya və peşəkarlığa güvəndi. Pakistanın öz texnoloji infrastrukturuna əsaslanan J-10C-lər, Fransa istehsalı platformaları geridə qoydu. Amma əsas fərq “fəlsəfədə” idi. Pakistan HHQ nümayiş yox, doktrina seçdi.
Real vaxt rejimində məlumat alan Pakistan Hərbi Hava Qüvvələrinin pilotları, elektron müharibə üstünlüyünə malik idi və peyk dəstəyi ilə hədəf seçirdilər. Hər bir manevr simulyasiyalar, kəşfiyyat inteqrasiyası və vəziyyətə bələdlik ilə dəstəklənirdi. Döyüş gecəsi Pakistan HHQ reaksiyada deyildi, orkestr rolundaydı.
Qələbə rəqəmlərin fövqündə
Bu təkcə taktiki deyil, strateji çəkindirmə nümayişi idi. Bu hadisə göstərdi ki, “Pakistan təzyiqlərə boyun əymir”. Təmkin, hazırlıqla dəstəklənərsə, zəiflik deyil, gücdür.
Toz-duman çəkildikdən sonra təsirlər radar ekranlarından çox uzağa yayıldı. Əməliyyat xalqda inam yaratdı, regional çəkindirmə balansını yenidən formalaşdırdı və Pakistanın beynəlxalq strateji platformalarda yerini möhkəmlətdi.
“Yaşamaq üçün səbəbi olan insan, istənilən çətinliyə dözə bilər.”
— Fridrix Nitsşe
Bu “səbəb” şəxsiyyətində və fəlsəfəsində öz əksini Zahir Əhməd Babər Sidhuda tapdı. Onun sarsılmaz vizyonu doktrinanı əmələ, strukturu isə gücə çevirdi. Amma icrasız liderlik sadəcə arzudur.
Visionu qələbəyə çevirən isə Pakistan Hərbi Hava Qüvvələrinin bənzərsiz peşəkarlığa malik pilotları və şəxsi heyəti oldu. Onlar hər tapşırığı, hər əmri, hər qarşıdurmanı dəqiqlik və məqsədlə yerinə yetirdilər. Onlar sadəcə təyyarəçilər yox, suverenliyin qoruyucuları idilər.
Optikaya və şouya aludə olan bir dünyada Pakistanın hava qəhrəmanları səssiz peşəkarlıqla cavab verdilər. Beləliklə, onlar təkcə taktiki deyil, strateji yetkinlik baxımından da Cənubi Asiya tarixində yeni bir fəsil yazdılar.
Məqalənin müəllifi: İzmi Herlani