
Pakistan JF-17B təyyarələrinin sayını artırır
Pakistanın Hərbi Hava Qüvvələrləri (PAF) 2021-ci ilin sonunadək 26 ədəd iki yerli JF-17B təyyarəsi almağı planlaşdırır.
“AzeriDefence”nin “Janes” nəşrinə istinadən verdiyi məlumata görə, Pakistan Aeronavtika Kompleksinə (PAC Kamra) verilmiş sifariş üzrə ilk 12 təyyarənin 2020-ci il, qalan 14 ədəd JF-17B təyyarəsinin isə 2021-ci ilin sonuna qədər tədarükü planlaşdırılır.
Pakistan Hərbi Hava Qüvvələrinin 2019-cu ilin sonlarında aldığı ilk partiyada (12 ədəd JF-17B) təyyarələrdən səkkizi PAC Kamra, dördü Çinin “Chengdu Aircraft Industry Group” (CAIG) şirkəti tərəfindən istehsal edilib.
Çində FC-1 “Xiaolong” adı ilə tanınan JF-17B konfiqurasiyası sələfi JF-17 “Thunder” Block I versiyasından iki yerli olması, təkmilləşdirilmiş avionika və havada yanacaq doldurma imkanı ilə fərqlənir. JF-17B prototipi 2017-ci ilin aprelində Çində ilk uçuşunu edib.