Pakistan Türkiyədən “Hisar” HHM sistemləri alıb – VİDEO

Pakistan Türkiyədən “Hisar” HHM sistemləri alıb – VİDEO

Pakistan Hərbi Hava Qüvvələri (HHQ) Türkiyədən “Hisar” hava hücumundan mudafiə (HHM) sistemləri satın alıb.

“Poliqon” xəbər verir ki, bu, Pakistan Hərbi Hava Qüvvələrinin yaydığı videogörüntüdə öz əksini tapıb.

Belə ki, videogörüntüdə Pakistan HHQ-nin hava hücumundan müdafiə imkanlarından bəhs edərkən “Hisar” HHM sisteminə də yer verilib. Bununla da Pakistan “Hisar” HHM sisteminin rəsmi şəkildə açıqlanan ilk xarici müştərisi olub.

Türkiyənin ASELSAN və “Roketsan” şirkətləri tərəfindən birgə hazırlanan “Hisar” HHM sistemi ailəsinə “Hisar-A”, “Hisar-A+” və “Hisar-O+” daxildir.

“Hisar”, Türkiyənin ASELSAN və “Roketsan” şirkətləri tərəfindən birgə hazırlanmış zenit-raket kompleksləri (ZRK) ailəsidir. ZRK ailəsinə üç fərqli sistem: yaxın mənzilli “Hisar-A”, orta mənzilli “Hisar-O” və sonradan “Siper” adlandırılmış uzun mənzilli “Hisar-U” daxildir. 2019-cu il tarixində “Hisar-A” kompleksinin son inkişaf sınaqları tamamlanıb və seriyalı istehsal üçün Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən təsdiq edilib. Raketlərin xüsusiyyətləri haqqında hərbi mütəxəssislərin rəyi aldıqdan sonra, 2020-ci ildə “Hisar-A” və “Hisar-O” sistemlərinin təkmilləşdirilmiş versiyaları olan “Hisar-A+” və “Hisar-O+” hazırlanıb. 2020-ci ilin yanvarında təkmilləşdirilmiş “Hisar-A+” sisteminin seriyalı istehsalına başlanıb. “Hisar-A+” 2021-ci ildə, “Hisar-O+” isə 2022-ci ilin əvvəlində Türkiyə Silahlı Qüvvələrinin arsenalına qəbul edilib.

Qeyd edək ki, son illərdə ASELSAN şirkəti adı açıqlanmayan beynəlxalq müştərilər ilə hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair bir çox müqavilələr imzalayıb. Hazırda da həmin müştərilərdən birinin Pakistan olduğu görülür.

CATEGORIES
TAGS