Pakistan Türkiyədən TƏİR kompleksləri almaq istəyir

Pakistan Türkiyədən TƏİR kompleksləri almaq istəyir

Pakistan Türkiyənin “Roketsan” şirkətindən tank əleyhinə idarə olunan (TƏİR) kompleksləri almaq istəyir.

“Poliqon” “ThePrint” nəşrinə istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında danışıqlar prosesi gedir.

Nəşrin bildirdiyinə görə, İslamabad “Roketsan” şirkəti ilə TƏİR komplekslərinin birgə istehsalını da nəzərdən keçirir.

Qeyd edilib ki, Pakistanın Qərb dövlətləri ilə gərgin münasibətləri Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığın dərinləşməsinə səbəb olub.

CATEGORIES
TAGS