
Pakistanda “Shaheen-1A” ballistik raketin növbəti sınaqları keçirilib
Pakistan Ordusu “Shaheen-1A” (“Şahin-1A”) “yer-yer” tipli strateji təyinatlı ballistik raketin növbəti atış sınaqları keçirib.
“Poliqon” xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Mərkəzi (İSPR) rəsmi “Twitter” hesabında paylaşım edib.
Bildirilib ki, 900 kilometr atış mənzillinə malik “Shaheen-1A” ballistik raketin atış sınaqları uğurla tamamlanıb.
Məlumatda o da qeyd olunub ki, test atışı ilə raketinin dizayn və texniki parametrləri bir daha təsdiqlənib.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər