Pakistanın Azərbaycandakı səfirliyində Kəşmirlə bağlı tədbir baş tutub

Pakistanın Azərbaycandakı səfirliyində Kəşmirlə bağlı tədbir baş tutub

Pakistanın Azərbaycandakı səfirliyində 2019-cu il avqust ayının 5-də Hindistan tərəfindən Cammu və Kəşmir əyalətlərinin xüsusi muxtariyyət statusunun birtərəfli qaydada ləğv edilməsi ilə bağlı tədbir baş tutub.

“Poliqon” xəbər verir ki, tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Hindistan Konstitusiyasının regiona xüsusi hüquq və imtiyazlar verən 370 və 35A maddələrinin birtərəfli qaydada ləğvi region üçün mənfi nəticələrə səbəb oldğunu deyib.

Səfir qeyd edib ki, bu məsələdə Azərbaycan Pakistana hər zaman dəstək göstərib: “Prezident İlham Əliyev, Azərbaycan hökuməti və xalqı daim açıq formada Pakistana güclü dəstəyini ifadə edir. Pakistanın Baş naziri iyun ayında Azərbaycana səfər edərkən Prezident İlham Əliyev bir daha Azərbaycan hökumətinin Pakistana dəstəyini bildirdi”.

Poliqon.az

CATEGORIES