
Pakistanın Baş naziri: Bizim müdafiə sahəsində birgə istehsal potensialımız olmalıdır
Pakistan ilə Azərbaycan arasında strateji müdafiə sahəsində gözəl əlaqələrimizin daha yüksək səviyyəyə qaldırılmasının vaxtı çatıb.
“Poliqon” xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
“Bizim müdafiə sahəsində birgə istehsal potensialımız olmalıdır. Bu, hər iki tərəfin öhdəliyinə düşür və aprel ayında Azərbaycan nümayəndə heyəti Pakistana səfər edəndə bu məsələ nümayəndə heyətinin gündəliyində başlıca prioritet təşkil edəcək. Biz bununla əlaqədar ciddi və səmimi müzakirələr və danışıqlar aparmağa hazır olacağıq”, – deyə Pakistanın Baş naziri qeyd edib.
CATEGORIES Xəbərlər
TAGS Manşet