QuruXəbərlər

PANTER ÖAQ EFES-2026 təlimində döyüş qabiliyyətini sərgilədi

ASFAT şirkəti tərəfindən istehsal edilən 155 mm-lik PNATER özüyeriyən artilleriya qurğusu (ÖAQ) EFES-2026 təlimində istifadə olunub.

“Poliqon” xəbər verir ki, bu barədə ASFAT şirkəti məlumat yayıb.

Bildirilib ki, təlim çərçivəsində tətbiq edilən ÖAQ əvvəlcə üzərindəki atəşi idarəetmə sistemi və proqram təminatı vasitəsilə bütün bölmələrə əmr göndərərək 2 dəqiqə ərzində atışa hazır vəziyyətə gəlib. Daha sonra isə 155 mm-lik topu ilə hədəfə vaxtında və yüksək dəqiqliklə atəş həyata keçirib.

8×8 təkər formullu şassi üzərində qurulan PANTER özüyeriyən artilleriya qurğusunun maksimal hərəkət sürəti 80 km/saat, hərəkət məsafəsi isə 600 kilometr təşkil edir. ÖAQ 600 at gücündə mühərrik və avtomatik transmissiya ilə təchiz olunub.

PANTER 2 dəqiqədən az müddətdə atışa hazır vəziyyətə gətirilə və eyni müddətdə mövqeyini dəyişə bilir. ÖAQ-ın döyüş dəsti 24 ədəd sursatdan ibarətdir. Onun əsas silahı bütün NATO standartlı 155 mm sursatlarla uyğun olan 155 mm 52 kalibrlik topdur və atış tempi dəqiqədə 6 atım təşkil edir. Bundan əlavə, ÖAQ 7,62 mm-lik ikinci dərəcəli silahla da təchiz edilib.

Back to top button