“Paramount Group” və BFL şirkətləri birgə zirehli maşın istehsal edəcək

“Paramount Group” və BFL şirkətləri birgə zirehli maşın istehsal edəcək

Canubi Afrika Respublikasının “Paramount Group” şirkəti ilə Hindistanın “Bharat Forge Limited” (BFL) şirkəti arasında zirehli nəqliyyat vasitələrinin birgə istehsalına dair müqavilə bağlanıb.

“Poliqon”un məlumatuna görə, “Paramount Group” və “Kalyani Group”a daxil olan “Bharat Forge Limited” arasında müqavilə Abu Dabidə keçirilən IDEX-2021 beynəlxalq müdafiə sərgisi zamanı imzalanıb.

Müqaviləyə əsasən “Paramount Group” və “Bharat Forge Limited” şirkətləri Hindistanda “Kalyani M4” (“Mbombe 4”) zirehli maşınlarının istehsalını həyata keçirəcək.

BFL şirkətinin icraçı direktor müavini Amit Kalyani, jurnalistlərə açıqlamasında “Paramount Group” ilə ortaq olmalarından məmnunluğunu ifadə edib: “Bu əməkdaşlıq bir-birini tamamlayan imkanlara sahib iki aparıcı şirkətin istehsal və texnologiya mükəmməlliyini bir araya gətirir. Yeni nəsil nəqliyyat vasitəsi olan “Kalyani M4” ilk növbətə Hindistan Ordusunun ehtiyaclarını qarşılayacaq. Növbəti mərhələdə biz onu dünya bazarına çıxarmağı planlaşdırırıq”.

“Paramount Group” şirkətinin icraçı direktoru Ayvor İçikovitzin (İvor İchikowitz) sözlərinə görə, müasir texnologiya əsasında hazırlanan “Kalyani M4” maşını yüksək imkanlara malikdir: “Kalyani M4”, “Paramount Group”un istehsalı olan zirehli maşınlardan birinin əsasında dizayn olunub. Tərəfdaşımız “Kalyani Group” ilə birlikdə xüsusi olaraq Hindistanda istehsal üçün nəzədə tutulub. “Kalyani M4”ün Hindistanda istehsal olunacağından qürur duyuruq”.
Bildirilib ki, Hindistanın çətin ərazi şərtlərində bir sıra sınaqları uğurla tamamlayan “Kalyani M4” zirehli maşınlarının yaxın zamanlardan Silahlı Qüvvələrə təhvil verilməsi planlanlaşdırılır.

Ənənəvi və asimmetrik müharibədə, o cümlədən sülhməramlı missiyalarda qarşıya qoyulan mühafizə tələblərini tam şəkildə qarşılayan “Kalyani M4”, yüksək qoruma və manevr imkanları, o cümlədən rahatlılığı ilə analoqlarından fərqlənir. Bütöv qaynaq edilmiş monokok gövdəyə malik “Kalyani M4” düz altlıq dizaynına əsaslanır.

Minaya qarşı qorumalı nəqliyyat vasitələri (MRAP) sinfinə aid edilən “Kalyani M4”ün heyət bölməsinin balistik mühafizəsi STANAG 4569 Level 4, partlayışa qarşı qoruması STANAG 4569 Level 4a /4b səviyyəsinə cavab verir. Maşın korpusun altında 10 kq, yol kənarlarında 5 metr məsafədə 50 kiloqram TNT ekvivaletində partlayışa döümlüdür. Ehtiyac yarandığı zaman maşının RPQ-lərə və zirehdələn mərmilərə qarşı əlavə zirehlə gücləndirmək mümkündür.

 

CATEGORIES
TAGS