“Patria” akustik sualtı mina aşkarlama sistemləri ixrac edəcək

“Patria” akustik sualtı mina aşkarlama sistemləri ixrac edəcək

Finlandiyanın “Patria” şirkəti Belçika və Hollandiya Hərbi Dəniz Qüvvələrinə akustik sualtı mina aşkarlama sistemləri ixrac edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Patria” şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, “Patria” şirkəti ilə Belçika və Hollandiya arasında “Sonac ACS” akustik sualtı mina aşkarlama sistemlərinin tədarükünə dair müqavilə bağlanıb.

“Sonac ACS” sistemi, Fransanın “ECA Group” şirkəti tərəfindən hazırlanan tam inteqrasiya olunmuş aparat və proqram mina təmizləmə sisteminin bir hissəsi olacaq. “Sonac ACS” sistemi, mina aşkarlaması, hədəf simulyasiyası, eləcə də mina qarışdırma (Jamming) əməliyyat rejimlərini tam dəstəkləyir.

Poliqon.az

CATEGORIES
TAGS