“Patriot” ZRK-lər artıq Ukraynadadır

“Patriot” ZRK-lər artıq Ukraynadadır

Ukraynanın müdafiə naziri “Patriot” zenit-raket komplekslərinin (ZRK) ölkəyə gətirildiyini təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bununla bağlı nazir Aleksey Reznikov özünün “Twitter” hesabında paylaşım edib.

O, artıq Ukrayna səması daha təhlükəsiz olduğunu və bunun üçün ABŞ, Almaniya və Niderlanda təşəkkür etdiyini bildirib.

Qeyd edək ki, ABŞ “Patriot” ZRK-lərin Ukraynaya tədarük olunması ilə əlaqədar hərbi yardım paketini ötən ilin dekabr ayında, Niderland isə cari ilin yanvarında açıqlayıb. Bu ilin yanvar ayından etibarən ABŞ Müdafiə Nazirliyi “Patriot” ZRK-dən istifadə edəcək ukraynalı hərbçilərə lazımi təlimlər keçməyə başlayıb.

Poliqon.az

CATEGORIES
TAGS