
“Patriot” ZRK-nin buraxılışı keçirilib
ABŞ-da IBCS ((Integrated Battle Command System) komanda sisteminə inteqrasiya edilmiş “Patriot” PAC-3 zenit raket kompleksinin (ZRK) buraxılışı yerinə yetirilib.
“Poliqon” xəbər verir ki, bu barədə “Army Recognition” portalı məlumat yayıb.
İBCS inteqrasiya edilmiş döyüş komanda sistemi “Uayt-Sends” (White Sands) raket poliqonunda sınaqdan keçirilib.
IBCS inteqrasiya edilmiş döyüş komanda sistemi “Northrop Grumman” şirkəti ilə birlikdə hazırlanmış və ABŞ Ordusunun Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərinin müxtəlif elementlərini özündə birləşdirir. Sistem ABŞ Ordusunun HHM və RƏM sistemlərinin təkmilləşdirilməsi strategiyasının əsas elementidir.
Xatırladaq ki, “Patriot” PAC-3 Cost Reduction Initiative (CRI) ZRK idarə olunan zenit raketi “yer-hava” sinfinə aiddir və ilk dəfə 2011-ci ildə sınaqdan keçirilib.
Baza raketindən həm hava, həm də ballistik hədəflərə qarşı artırılmış məsafəsi ilə fərqlənir.
Qeyd edək ki, MIM-104 “Patriot” ZRK ABŞ-ın “Raytheon” şirkəti tərəfindən hazırlanan və istehsal edilən zenit raket sistemidir. O, zenit idarə olunan raketdən, yüksək istehsalat gücünə sahib radar sistemindən və bir neçə buraxılış qurğusundan ibarətdir.
PAC-3 (Patriot Advanced Capability-3) isə, ABŞ-ın “Patriot” sinif zenit-raket sistemlərinin ən son və ən inkişaf etmiş təkmilləşdirməsidir.
Əhəd Əzizov