“Pentaqon” HIMARS YARS-ların istehsalı ilə bağlı müqavilə imzalayıb

“Pentaqon” HIMARS YARS-ların istehsalı ilə bağlı müqavilə imzalayıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və “Lockheed Martin” şirkəti arasında HIMARS yaylım atəşli reaktiv sistemlərin (YARS) istehsalı ilə bağlı 861.3 milyon dollar dəyərində müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, əlavə xidmətlərin göstərilməsini də nəzərdə tutan müqavilə 2026-ci ilin 31 may tarixinə qədər tamamlanmalıdır.

CATEGORIES
TAGS