Pentaqon “Lockheed Martin” şirkətindən LRASM raketləri alır

Pentaqon “Lockheed Martin” şirkətindən LRASM raketləri alır

“Lockheed Martin” şirkəti ilə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) arasında AGM-158C uzun mənzilli gəmi əleyhinə raketlərin (Long Range Anti-Ship Missile/LRASM) tədarükünə dair müqavilə imzalanıb.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, müqavilənin dəyəri 167.47 milyon ABŞ dolları təşkil edir.

Müqaviləyə əsasən “Lockheed Martin” şirkətləri ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün açıqlanmayan sayda taktik konfiqurasiyalı AGM-158C LRASM raketi istehsal edəcək.

LRASM raketi radioelektron müharibə mühütində, kəşfiyyat-müşahidə  platformalarına, rabitə əlaqələrinə və GPS naviqasiya asılılığı azaldacaq müsir texnologiyalardan istifadə edərək gəmi qrupları daxilindəki xüsusi hədəfləri aşkar və məhv etmək üçün nəzərdə tutulub.

 

CATEGORIES
TAGS