Pentaqon Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 2 milyard dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2 milyard dollar həcmindəki hərbi yardım paketi Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) tərəfindən təmin ediləcək.
Hərbi yardım paketinə daxildir:
- HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə sursat;
- 155 mm-lik artilleriya üçün əlavə mərmilər;
- Lazerlə idarə olunan raket sistemləri üçün döyüş sursatları;
- “CyberLux” K8 pilotsuz uçuş aparatı (PUA);
- “Switchblade” 600 PUA;
- “Altius-600” PUA;
- “Jump 20” PUA;
- Dron əleyhinə sistemlər;
- Mina təmizləmə avadanlığı;
- Təhlükəsiz rabitə dəstəyi üçün avadanlıqlar;
- Personala təlimin keçirilməsi, avadanlıqlara texniki xidmətin göstərilməsi və digər əlavə təminatlar üçün maliyyə.
CATEGORIES Dünya