PMT 7.62 pulemyotunun ilk partiyası sifarişçiyə çatdırılıb

PMT 7.62 pulemyotunun ilk partiyası sifarişçiyə çatdırılıb

“Sarsılmaz” şirkəti tərəfindən istehsal olunan PMT 7.62 (Sar-240 PMT) pulemyotunun ilk partiyası Türkiyənin Jandarma Baş Komandanlığına təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında paylaşıb.

İsmail Dəmir, yerli və milli istehsal edilən PMT 7.62 pulemyotu ilə birlikdə daha bir silah sistemində xaricə olan asılılığı bitirdiklərini bildirib.

Texniki xüsusiyyətləri:

  • Kalibri – 7.62 mm x 51
  • Atış modları – tam avtomatik / seri atış
  • Maksimum uzunluğu – 1200 mm (± 5 mm)
  • Minimum uzunluğu – 1040 mm (± 5 mm)
  • Lüləsinin uzunluğu – 547 mm (± 5 mm)
  • Yüksəkliyi – 250 mm (± 5 mm)
  • Ağırlığı – 12 kq

Poliqon.az

CATEGORIES
TAGS