
Poliqon/AzeriDefence jurnalının 5 (55) 2021 sayı
“Poliqon/AzeriDefence” hərbi texnoloji jurnalının Oktyabr-Noyabr 2021-ci il tarixli 5 (55) sayı çapdan çıxıb.
Dəyərli oxucularımız “Poliqon” səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərindən xəbərdar olacaqlar.
“Poliqon” jurnalının yeni sayında “ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürüm ilə rəhbərlik etdiyi şirkətin Azərbaycandakı fəaliyyəti, mövcud layihələri və gələcək planları barədə müsahibə, “İşğaldan azad olunan ərazilərdə dövlət sərhədi möhkəmləndirilir”, “BMP-1 PDM-lərin təkmilləşdirilməsi layihələri”, “Gələcəyin əsgərinin döyüş dəsti”, “HAVELSAN-ın MOUT Təlim Mərkəzinə baxış”, “DUBAI AIRSHOW 2021 – 78 milyard dollarlıq müqavilələrin imzalandığı məkan”, “Raket zərbəsi təhdidlərinə qarşı “Arrow” RƏM kompleksləri” və digər başlıqlı yazılar yer alıb.
Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.