POLİQON hərbi-kosmik texnoloji jurnalının 1 (75) 2025 sayı

POLİQON hərbi-kosmik texnoloji jurnalının 1 (75) 2025 sayı

POLİQON hərbi-kosmik texnoloji jurnalının yanvar-fevral-mart 2025-ci il tarixli 1-ci (75) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərində xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında 17-21 fevral tarixlərində Əbi-Dabi şəhərində keçirilən 17-ci IDEX Beynəlxalq Müdafiə Sərgisi və Konfransı (IDEX-2025) ilə 8-ci NAVDEX Dəniz Müdafiəsi Sərgisi və Konfransında (NAVDEX-2025) təqdim edilən məhsullarla bağlı məlumat və reportajlar, “Otokar” şirkətinin baş direktorunun müavini Sedef Vehbi ilə müsahibə, “MRAP nəqliyyat vasitələri – önə çıxanlar, artan tələblər”, “Modern əsgərlər üçün binokulyar gecəgörmə eynəkləri”, ““Qış təlimi-2025” çoxmillətli təlim”, “Mühəndis qoşunlarının mexanikləşdirmə vasitələri, yeni nəsil maskalanma dəstləri”, “Azərbaycan geniş tərkibdə IDEX-2025 sərgisinə qatılıb”, ““Rosoboroneksport” IDEX-2025-də rekord sayda yeni məhsullar təqdim edib”, “ROKETSAN qabaqcıl raket və HHM sistemlərini sərgiləyib”, “ASELSAN IDEX və NAVDEX-də indiyə qədərki ən böyük debütünü edib”, “STM dəniz və hava platformalarını təqdim edib” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

CATEGORIES
TAGS