
SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisinin rəsmi media tərəfdaşı olan POLİQON jurnalı ingilis dilində nəşr edilən Xüsusi Buraxılışı ilə bu sərgidə çıxış edir.
POLİQON jurnalının Xüsusi Buraxılışı sərgi iştirakçıları, ziyarətçilər, eləcə də yerli və xarici nümayəndə heyətləri arasında paylanılır.
Xüsusi buraxılışda Azərbaycanda keçiriləcək ADEX-2026 və “Securex Caspian 2026” sərgilərinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasına xüsusi diqqət yetirilib. Nəşrdə bu tədbirlərə yeni iştirakçıların cəlb edilməsi və ümumi marağın artırılması məqsədilə geniş materiallar yer alıb. POLİQON jurnalının hər iki sərginin media tərəfdaşı olması və beynəlxalq nüfuzu bu istiqamətdə görülən işlərin əhəmiyyətini daha da artırır.
Qeyd olunan məqsədlər çərçivəsində redaksiya tərəfindən ADEX-2026 və “Securex Caspian 2026” sərgilərinə həsr olunmuş ayrıca geniş məqalə hazırlanaraq xüsusi buraxılışda dərc edilib.
Bununla yanaşı, nəşrdə SAHA 2026 sərgisi ilə bağlı geniş material, müdafiə sənayesindəki son yeniliklər və qlobal tendensiyalar da ətraflı şəkildə işıqlandırılıb.
POLİQON bu xüsusi buraxılış vasitəsilə oxucularına operativ və keyfiyyətli məlumat təqdim etməklə yanaşı, beynəlxalq müdafiə və aerokosmik sahədə etibarlı media platforması kimi mövqeyini daha da gücləndirməyi hədəfləyir.





