“Poliqon” jurnalının 10 illik yubiley tədbiri keçiriləcək

“Poliqon” jurnalının 10 illik yubiley tədbiri keçiriləcək

Azərbaycanın ilk və yeganə hərbi texnoloji jurnalı olan “Poliqon” (“Azeri Defence”) jurnalının 10 illiyi ilə bağlı iyunun 24-də saat 12:00-da Mətbuat Şurasında tədbir keçiriləcək.

UZ s — копия

Azərbaycanın mətbuat məkanında hər zaman özünə layiqli yer tutan “Poliqon” jurnalı 2012-ci ilin iyun ayında “Azeri Defence” adı ilə mərhum jurnalist Rəşad Süleymanov tərəfindən təsis edilib. 2021-ci ilin yanvar ayından etibarən “Azeri Defence” Azərbaycan Respublikasının müvafiq qanununa əsasən rebrendinq edərək “Poliqon” adı ilə nəşr olunur.

“Azeri Defence” adı jurnalın fəaliyyətini Azərbaycanla məhdudlaşdırır, bəzi beynəlxalq platformalarda lokal media kimi qəbul edilməsinə səbəb olurdu. Jurnalın fəaliyyətinin daha da genişləndirilməsi üçün rebrendinq edilməsi vacib sayıldı və “Poliqon” adı seçildi. Poliqon deyildikdə yerləşdiyimiz coğrafiyada ağıla ilk olaraq hərbi obyekt, sınaq, təlim meydanı gəlir.

Hazırda “Poliqon” Azərbaycanda yeganə hərbi texnoloji istiqamətli jurnaldır. Jurnalın addəyişimi ilə yanaşı mövzu və tərtibatında dəyişikliklər olub. Texnoloji mövzuların ağırlığı artırılıb.

Azərbaycan mətbuatında “Poliqon” jurnalının özünəməxsus yeri və mövqeyi vardır. Hərbi-texnoloji yazılarına görə Azərbaycanın hərbi və güc strukturları rəhbərlərinin istinad etdiyi jurnallardan birincisidir. Perspektiv hədəf regional nəşr olaraq tanıdılması və əhatə dairəsinin genişləndirilməsidir.

ad2018 400x551 1 250x313 1

“Poliqon” jurnalı Azərbaycan, Türkiyə, İsrail, İtaliya, Qazaxıstan və Gürcüstan bazarında unikal mövqeyə malikdir. Bu ölkələr ilə yanaşı Cənubi Koreya və Pakistan da jurnalın abonentləri arasındadır.

“Poliqon” jurnalının abunəçiləri arasında silahlı qüvvələr, güc strukturları, müdafiə sənayesi müəssisələri və şirkətləri, təhsil müəssisələri, o cümlədən hərbi sahə ilə maraqlanan vətəndaşlar yer alır. Jurnalın hər bir sayı Azərbaycanın Prezident Administrasiyası, Nazirlər Kabineti, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Müdafiə Sənaye Nazirliyi və aidiyyətli digər təşkilatlara göndərilir. Bu, jurnalın Azərbaycanın müdafiə və müdafiə sənayesi sektoru ilə bağlı xəbərlərdə mühüm rol oynamasının rəsmi təsdiqi sayılır.

“Poliqon” jurnalı müdafiə və hərbi-sənaye şirkətləri arasında kommunikasiya körpüsü rolunu oynayır. Jurnalın bugünə kimi Azərbaycan dilində 58 buraxılışı və beynəlxalq sərgilər üçün isə azərbaycan, ingilis və rus dillərində 5 xüsusi buraxılışı hazırlanıb. 10 ildə jurnalın 63 sayı işıq üzü görüb.

“Poliqon” jurnalı beynəlxalq müdafiə sənayesi sərgilərində; müxtəlif illərdə Azərbaycanda keçirilən ADEX sərgisində azərbaycan-ingilis dillərində, Türkiyədə keçirilən IDEF sərgisində ingilis dilində, Qazaxıstanda keçirlən KADEX sərgisində rus dilində xüsusi buraxılışı hazırlanıb və sərgilərin bütün stendlərinə, iştirakçı və ziyarətçilər arasında paylanılıb.

1 2 250x313 1

“Poliqon” jurnalı ADEX, KADEX, IDEF, IDEAS, EDEX, IMDEX, “Silahlar və Təhlükəsizlik”, “Eurasia Airshow”, “Dubai Airshow”, DEFINDEX kimi beynəlxalq müdafiə sərgilərinin rəsmi media tərəfdaşıdır. “Poliqon”un 7 beynəlxalq və regional hərbi nəşrlərlə əməkdaşlıq müqaviləsi və əhəmiyyətli bilgi mənbəyi var. Hazırda “Poliqon” jurnalının Türkiyə, Pakistan və Qazaxıstanda təmsilçi ofisi fəaliyyət göstərməkdədir.

“Poliqon” jurnalı məzmunu və dəqiqliyi, eləcə də müstəqilliyi ilə tanınır. Redaksiya heyəti Azərbaycanın müdafiə sənayesinin bütün sahələri üzrə ixtisaslaşmış yazıçılardan ibarətdir.

“Poliqon” jurnalının www.poliqon.az saytında Azərbaycanda, Cənubi Qafqazda, Türkiyədə, MDB ölkələrində və dünyada baş verən hərbi-texnoloji yeniliklər haqqında xəbərlər yer alır, sosial media hesablarında paylaşılır. Bundan əlavə, “Poliqon” veb saytına bütün dünyada məşhur media orqanları tərəfindən etibarlı mənbə kimi istinad edilir.

Azeri Defence 48 page 001

Bir il ərzində veb saytımıza ən çox daxil olan ölkələr;

  • Azərbaycan –           535 268 (78,70%)
  • ABŞ –           24 508 (5,65%)
  • Türkiyə –           10 480 (2,42%)
  • Almaniya –           7 755 (1,79%)
  • Rusiya –           6 545 (1.51%)
  • Hollandiya –           6 398 (1,47%)
  • Böyük Britaniya –           5 278 (1,22%)
  • Fransa –           3 876 (0,89%)
  • BƏƏ –           3 465 (0,80%)
  • Digər –           5 752 (1,33%)

250px Polygon journalOnu da qeyd edək ki, Azərbaycanda 2019-cu ilin aprel ayından “Poliqon” jurnalının ingilis dilli hərbi texnoloji POLYGON jurnalı nəşrə başlayıb. POLYGON jurnalı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2019-cu ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. Azərbaycanda nəşr olunan ingilis dilli ilk hərbi texnoloji POLYGON jurnalının ilk beynəlxalq təqdimatı 2019-cu il aprelin 30-da İstanbulda İDEF-2019 müdafiə sənayesi sərgisində keçirilib. Jurnal Gürcüstan, Ukrayna, Türkiyə, Mərkəzi Asiya və Pakistanda yayımlanır. Qeyd olunan regionlarda müxbir postları var. Jurnalın baş redaktoru Zaur Babaşovdur. POLYGON jurnalının Mərkəzi Asiya zonası üzrə təmsilçisi qismində Qazaxıstanın “Savdan” şirkəti, Rusiya üzrə “World Media Business” şirkəti, Türkiyə üzrə Mehmet Demirkol, Pakistan üzrə “Arms Journal” və Ehteşam Bari çıxış edirlər. POLYGON jurnalının ingilis dilli www.polygonjournal.com saytında dünyada baş verən hərbi-texnoloji yeniliklər haqqında xəbərlər yer alır.

Poliqon.az

CATEGORIES
TAGS