POLİQON jurnalının 5 (61) 2022 sayı

POLİQON jurnalının 5 (61) 2022 sayı

POLİQON hərbi-texnoloji jurnalının sentyabr-oktyabr 2022-ci il tarixli 5 (61) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız əsasən ADEX-2022 dəyərləndirilməsinə həsr olunan POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərindən xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında ADEX-2022 sərgisində nümayiş etdirilən müasir texnoloji həllər, silah və texnikalar barəsində ətraflı məlumatlar, habelə İsrailin “Elbit Systems” və Türkiyənin KAREL şirkətlərinin rəhbərliyindən müsahibə, “Zenit-artilleriya komplekslərinin təkmilləşdirilməsi perspektivləri”, “Vətən müharibəsində döyüşlərin getdiyi ərazilərdən reportaj” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

https://issuu.com/azeridefence

CATEGORIES
TAGS