JurnalXəbərlər

POLİQON müdafiə və aerokosmik texnologiyalar jurnalının 2 (82) 2026 sayı

POLİQON müdafiə və aerokosmik texnologiyalar jurnalının mart-aprel 2026-ci il tarixli 2-ci (82) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərində xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında “Azərbaycanın JF-17C qırıcıları üçün yeni nəsil pod və radar sifarişi”, “Regional təhlükəsizlik fonunda Azərbaycan-Türkiyə hərbi təlimləri”, “Sahil mühafizəsində müasir texnologiyaların rolu: radar, PUA və peyk sistemləri – I HİSSƏ”, “Kosmik rabitə – SATCOM texnologiyalarının hərbi tətbiqi”, “Pilotsuz uçuş aparatlarına qarşı raket sistemləri”, “SAHA-2026: İstanbulda müdafiə sənayesi nəhəngləri bir araya gəlir”, “DSA-2026: Asiya-Sakit okean regionunda hərbi texnologiyaların qlobal sərgisi”, “Azərbaycan konteksində gənc kursantların stresə davamlılığının artırılması üsulları və metodları”, “Otokar” qlobal müdafiə bazarında mövqeyini daha da möhkəmləndirir”, “Yerli texnologiya və qlobal güc: “Roketsan”ın müdafiə sənayesində yüksəlişi”, “KORKUT 100/25 SB: Taktiki PUA təhdidlərinə qarşı inteqrə və mobil müdafiə yanaşması”, “PİRANA kamikadze İDA hədəfə sürü halında hücum edəcək” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərpoçt Mətbuat Yayımı” MMC, “Azərmətbuatyayım” ASC, “Səma Mətbuat Yayım” MMC, “Ziya LTD” MMC, “BAKMƏTBUAT” MMC, “Pressinform”, “Qaya Mətbuat Yayım” MMC və “Kaspi Mətbuat Yayım” MMC mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

Back to top button