
Polkovnik Rövşən Qaracayev: “Poliqon” SHXÇDX-nin bütün struktur bölmələrinin stolüstü jurnalına çevrilib
“Poliqon” jurnalı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bütün struktur bölmələrində hər bir əməkdaşın stolüstü jurnalına çevrilib.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasında keçirilən POLİQON jurnalının 10 illik yubiley tədbirində SHXÇDX-nin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi polkovnik Rövşən Qaracayev bildirib.
“Öz adımdan və Xidmət rəhbərliyi adından “Poliqon” jurnalının kollektivini bu əlamətdar gün münüsibətilə ürəkdən təbrik edirəm. 10 illik yubleyi keçirilən bu jurnal əvvəl “AzeriDefence”, sonra “Poliqon” adı ilə çox populyarlıq qazanıb. Jurnalın daimi izləyiciləri və oxucuları arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları çoxdur. Xidmətin bütün struktur bölmələrində “Poliqon” hər bir əməkdaşın stolüstü jurnalına çevirilib. Jurnalın hər bir nömrəsi diqqət və maraqla izlənilir”, – deyə SHXÇDX-nin şöbə rəisi vurğulayıb.
Polkovnik Rövşən Qaracayev bildirib ki, “Poliqon” jurnalında xüsusilə müdafiə sənayesinin istehsalı olan silah və texnikalar haqqında yazılar diqqətlə oxunur: “Bu jurnalın yazıları bizim üçün çox maraqlı olur. “Poliqon” jurnalının yaradıcısı və baş redaktoru olmuş Rəşad Süleymanova Allah rəhmət etsin, ruhu şad olsun. Onun barəsində həmişə xoş xatirələr danışılır. Bir daha SHXÇDX-nin əməkdaşları və Xidmət rəisi adından “Poliqon” jurnalının kollektivini yubiley münasibətilə təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq”.