Polşa 250 ədəd “Abrams” M1A2 SEPv3 tankı alıb

Polşa 250 ədəd “Abrams” M1A2 SEPv3 tankı alıb

Polşa öz ordusunu ən müasir ABŞ tankları ilə təchiz etmək istəyini təsdiqləyib. Artıq döyüş maşınlarının alınması ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşak sövdələşmənin dəyərinin təxminən 4,75 milyard ABŞ dolları olduğunu açıqlayıb.

O bildirib ki, çatdırılmalar qısa müddətdə həyata keçiriləcək və ilk tanklar ilin sonuna qədər Polşaya gətiriləcək (həmçinin bax: Polşa “Abrams” tankları alacaq Polşa Müdafiə Nazirliyi M1 “Abrams” tankları almaq istəyir).

“Digərləri ilə yanaşı, “Abrams” M1A2 SEPv3 tanklarında HIMARS buraxma qurğuları və F-35 qırıcı təyyarələri ilə qarşılıqlı əlaqə yaratmağa imkan verən sistemlər olacaq. Tanklar proqramlaşdırıla bilən sursatlardan da istifadə edə biləcək”, – deyə mətbuat xidmətindən bildirilib.

2002-ci ildə özünün tank parkının doldurulması proqramı çərçivəsində Polşa Bundesverin ehtiyatlarından 128 ədəd “Leopard” 2A4 tankı alıb. 2013-cü ildə Müdafiə Nazirliyi Almaniyadan daha 119 ədəd işlənmiş “Leopard” tankının A4 və A5 modifikasiyalarının alınması ilə bağlı müqavilə imzalayıb.

Qeyd edək ki, Polşa həmçinin T-72 tanklarının geniş parkına və onun təkmilləşdirilmiş RT-91 “Twardy” versiyasına malikdir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS