Polşa ABŞ-dan 116 ədəd M1A1 “Abrams” tankı alır

Polşa ABŞ-dan 116 ədəd M1A1 “Abrams” tankı alır

Polşa Müdafiə Nazirliyi ABŞ-a 116 ədəd M1A1 “Abrams” əsas döyüş tankı sifariş edib.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib.

Onun sözlərinə görə, tərəflər arasında imzalanmış müqavilə Ukraynada davam edən müharibə fonunda Polşanın quru qoşunlarını gücləndirmək və ABŞ-dan hələ çatdırılmamış orijinal tank sifarişlərini kompensasiya etmək üçün imzalanıb.

Qeyd edək ki, bundan əvvəl, 2022-ci il aprelin 5-də Polşanın müdafiə naziri Mariuş Blaşak Polşa ilə ABŞ arasında 250 ədəd “Abrams” M1A2 SEPv3 tankının alqı-satqısına dair 4,75 milyard ABŞ dolları dəyərində saziş bağlandığını demişdi. Müqaviləyə əsasən çatdırılmalar qısa müddətdə həyata keçiriləcək və ilk tanklar ilin sonuna qədər Polşaya gətiriləcəkdir.

Polşanın müdafiə naziri onu da əlavə edib ki, “Abrams” tankları Ukrayna silahlı qüvvələrinə hədiyyə edilmiş Sovet istehsalı olan T-72 tanklarını əvəz edəcək.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS