Polşa ABŞ-dan 12 milyard dollarlıq ağır döyüş helikopterləri alır

Polşa ABŞ-dan 12 milyard dollarlıq ağır döyüş helikopterləri alır

ABŞ hökuməti Polşaya 12 milyard dollar dəyərində AH-64E helikopterlərinin satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 96 ədəd AH-64E ağır döyüş helikopterinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi daxildir.

Bundan başqa, sifarişə daxildir:

  • 210 ədəd T700-GE 701D mühərriki (192 quraşdırılmış və 18 ehtiyat);
  • 1844 ədəd AGM-114R2 “Hellfire” raketi;
  • 460 ədəd AGM-179A JAGM (Joint Air-to-Ground Missiles) raketi;
  • 96 ədəd M36E8 “Hellfire” CATM (Captive Air Training Missiles) təlim raketi;
  • 508 ədəd “Stinger” 92K Blok I raketi;
  • 7650 ədəd WGU-59/B APKWS-II (Advanced Precision Kill Weapon System II) lazer tuşlamalı dəst;
  • Dost və düşmən tanıma sistemi (IFF);
  • rabitə sistemləri;
  • təlim cihazları, simulyatorlar və s.

Sifariş ilə bağlı baş podratçı rolunda ABŞ-ın “Boeing” və “Lockheed Martin” şirkətləri çıxış edəcək.

CATEGORIES
TAGS