Polşa AW149 helikopterləri üçün ABŞ-dan “Hellfire” raketləri alır

Polşa AW149 helikopterləri üçün ABŞ-dan “Hellfire” raketləri alır

Polşanın Silahlanma Agentliyi və ABŞ Ordusunun Təhlükəsizliyə Yardım Komandanlığı (USASAC) arasında “Hellfire” tank əleyhinə raketlərin satın alınmasına dair 150 milyon dollar dəyərində müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın Silahlanma Agentliyi məlumat yayıb.

Bildirilib ki, istehsalçı “Lockheed Martin” şirkəti tərəfindən Polşa Silahlı Qüvvələrinə 800 ədəd AGM-114R2 “Hellfire” raketinin tədarükünü nəzərdə tutan müqavilə üzrə çatdırılmalara cari ildən başlanacaq və 2029-cu ilə qədər yekunlaşdırılacaq.

ABŞ-dan alınacaq AGM-114R2 “Hellfire” tank əleyhinə raketlər Polşa Quru Qoşunlarının AW149 çoxməqsədli helikopterlərinə quraşdırılacaq. Raketlərin helikopterlərə inteqrasiya işləri İtaliyanın “Leonardo” şirkətinin tərkibinə daxil olan və Polşada fəaliyyət göstərən “PZL Swidnik” şirkəti tərəfindən həyata keçiriləcək.

Bundan başqa, “Hellfire” raketləri Polşanın ABŞ-dan satın alacağı AH-64E “Apache” ağır döyüş helikopterlərinə də inteqrasiya oluna biləcək.

Qeyd edək ki, ABŞ hökuməti “Hellfire” tank əleyhinə raketlərin Polşaya satışını cari ilin mart ayında təsdiqləyib.

Poliqon.az

CATEGORIES
TAGS