Polşa Cənubi Koreyadan böyük sayda K9 ÖAQ almaq istəyir
Polşa Cənubi Koreyadan yalnız K9 versiyasında 672 ədəd özüyeriyən artilleriya qurğusu (ÖAQ) satın almaq istəyir.
“Poliqon” xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Mariuş Blaşçak deyib.
Onun sözlərinə görə, gələcəkdə Polşa Ordusu daha müasir K9PL ÖAQ-ları alacaq.
Xatırladaq ki, cari ilin avqust ayında Polşanın Milli Müdafiə Nazirliyi və Cənubi Koreyanın “Hanwha Defense” şirkəti arasında 212 ədəd K9 ÖAQ-ın alqı-satqısını nəzərdə tutan müqavilə imzalanıb. Ümumi dəyəri 2.4 milyard ABŞ dollarından çox olan müqavilənin şərtinə görə K9 ÖAQ-ların Polşa Ordusuna təhvil verilməsi prosesi 2026-cı ilə qədər yekunlaşmalıdır.
Hazırda Polşa Ordusunun silahlanmasında şirkət tərəfindən çatdırılan 24 ədəd K9 ÖAQ yer almaqdadır.