Polşa Cənubi Koreyadan K239 “Chunmoo” YARS-ları alır

Polşa Cənubi Koreyadan K239 “Chunmoo” YARS-ları alır

Polşanın Müdafiə Nazirliyi və Cənubi Koreyanın “Hanwha Defense” şirkəti arasında K239 “Chunmoo” (digər adı K-MLRS) multikaliber yaylım atəşli reaktiv sistemlərin (YARS) alqı-satqısı ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” Polşa Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilənin şərtinə əsasən şirkət K239 “Chunmoo” YARS-larının ilk partiyasını gələn il Orduya təhvil verəcək.

Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib ki, təhvil alınacaq 18 ədəd buraxıcı qurğu Ordunun 18-ci Mexanikləşdirilmiş Diviziyasının istifadəsinə veriləcək və ölkənin şərqini Rusiyadan gələn təhdidlərə qarşı qoruyacaq.

K239 “Chunmoo” YARS-ın əsas xassələri:

  • çapı – 130 mm / 227 mm / 239 mm;
  • effektiv atış məsafəsi – 130 mm – 36 km / 227 mm – 45 km / 239 mm – 80 km;
  • raketlərin idarəetmə sistemi – inersial və GPS;
  • döyüş vəziyyətində kütləsi – 25 ton;
  • uzunluğu – 9 metr;
  • eni – 2,5 metr;
  • hündürlüyü – 3 metr;
  • mühərrik – 400 at gücünə sahib dizel mühərriki;
  • yanacaq üzrə gediş ehtiyatı – 800 km;
  • şossedə maksimal hərəkət sürəti – 80 km/saat;
  • heyəti – 3 nəfərdir.

Poliqon.az

CATEGORIES
TAGS