Polşa Donanması yeni döyüş gəmiləri ilə silahlanacaq

Polşa Donanması yeni döyüş gəmiləri ilə silahlanacaq

Polşa Müdafiə Nazirliyi PGZ (“Polska Grupa Zbrojeniowa”) şirkəti ilə Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün üç yeni tipli gəminin tədarükünə dair müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə PGZ holdinqinin prezidenti Sebastian Çvalek jurnalistlərə açıqlamasında bildirib.

Polşa Silahlı Qüvvələrinin Texniki Modernləşmə Planına daxil olan MIECZNIK proqramı çərçivəsində yeni tipli gəmilər Polşa gəmiqayırma zavodlarında inşa ediləcək.

İmzalanmış müqavilədə 2021-2034-cü illərdə İnteqrasiya Mübarizə Sistemi (ZSW) ilə üç freqat sinifli gəminin hazırlanması, inşası və təhvil verilməsi nəzərdə tutulur.

Silah sistemi və logistika paketi də daxil olmaqla bütün sifarişin dəyəri təxminən 8 milyard Polşa PLN-ı (2 milyard 80 milyon ABŞ dolları) təşkil edir ki, bu da Polşa müdafiə sənayesi tarixində ən böyük müqavilə hesab olunur.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS