Polşa HHQ “Bayraktar TB2” PUA-ların ilk partiyasını təhvil alıb

Polşa HHQ “Bayraktar TB2” PUA-ların ilk partiyasını təhvil alıb

Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Bayraktar TB2” pilotsuz uçuş aparatının (PUA) ilk partiyası Polşa Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verilib.

“Poliqon” Polşa Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təhvil verilən ilk partiya 6 ədəd “Bayraktar TB2” PUA-dan ibarətdir.

Məlumatda bildirilib ki, bu münasibətlə keçirilən təhvil alma mərasimində Polşanın müdafiə naziri Mariuş Blaşçak PUA-ların müasir orduların əhəmiyyətli bir hissəsi olduğunu vurğulayıb.

Bu PUA-ları idarəedəcək şəxsi heyətin Türkiyədə öz təlimlərini başa vurduğunu deyən Mariuş Blaşçak önümüzdəki həftələrdə təhvil alınan“Bayraktar TB2”lərin HHQ tərəfindən son qəbul sınaqlarının keçiriləcəyini qeyd edib.

2021-ci ilin mayında Polşa Müdafiə Nazirliyi və “Baykar” şirkəti arasında imzalananan müqaviləyə əsasən Hərbi Hava Qüvvələrinə ümumilikdə 24 ədəd (hər birində 6 ədəd olmaqla 4 partiya) “Bayraktar TB2” PUA-nın, mobil idarəetmə stansiyalarının, SAR radarlarının, simulyatorların və ehtiyat hissələrinin tədarükü nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS