Polşa M120 “Rak” özüyeriyən minaatanlarını təkmilləşdirir

Polşa M120 “Rak” özüyeriyən minaatanlarını təkmilləşdirir

Polşa Silahlı Qüvvələri 64 ədəd təkmilləşdirilmiş 120 mm-lik M120 “Rak” özüyeriyən minaatanını almağı planlaşdırır.

“Poliqon” “Defence24”ə istinadən xəbər verir ki, HSW müəssisəsi 120 mm-lik M120 “Rak” özüyeriyən minaatanını təkmilləşdirir.

Qoşunların idarəetməsinin avtomatlaşdırılması bütün dünya orduları üçün yeni bir tendensiya halına gəlib. Bu halda, Polşa ordusu özüyeriyən minaatan batareyalarının idarə olunmasının avtomatlaşdırılmasında və paralel olaraq artilleriyanın gücünün artırılmasında nümunə göstərir.

Təkmilləşdirmənin əsas mahiyyəti M120 “Rak” özüyeriyən minaatanının 10 km-dən artıq uçuş məsafəsinə malik atəş yığımları ilə atış aparmaq üçün uyğunlaşdırılmasıdır. Hazırda minaatanın maksimal atış məsafəsi reaktiv mühərrikli mina ilə 12 km təşkil edir. Bu təkmilləşdirmə Polşa ordusunun silahlanmasında olan 40 ədəd M120 “Rak” özüyeriyən minaatanlarının hamısını əhatə edəcək. 24 ədəd minaatan isə əlavə olaraq tədarük ediləcək.

Həmçinin, “Huta Stalowa Wola” (HSW) müəssisəsi, özüyeriyən artilleriya qurğularının (ÖAQ) atəşini idarə etmək üçün də istifadə edilə bilən AWD (Artyleryjski woz dowodzenia) artilleriya kəşfiyyatı maşınını yaradılması ilə məşğuldur.

Bu maşın radarlar, optik-elektron stansiyalarla və əsası “Topaz” atəşi idarəetmə sistemi ilə təchiz edilməlidir. Bununla da real vaxt rejimində qoşunların və/və ya özüyeriyən artilleriya qurğularının avtomatlaşdırılmış idarəetmə sistemlərinə məlumat ötürməsi təmin olunur. Belə maşınların seriyalı tədarükü barədə müqavilənin 2021-ci ildə imzalanması gözlənilir.

Hər iki maşının sınaq nümunələri – üç ədəd təkmilləşdirilmiş M120 “Rak” özüyeriyən minaatanı və bir ədəd AWD artilleriya kəşfiyyat maşını 23 aprel tarixində Torundakı Artilleriyanln və silahların hazırlıq mərkəzinə (CSAiU) göndəriləcək. Aydındır ki, Polşa ordusu bu nisbətdə – döyüş meydanındakı fəaliyyətləri üç özüyeriyən minaatan və bir idarəetmə maşını olmaqla idarə etməyi etməyi planlaşdırır.

“Rak” minaatanlarından başqa, Polşa ordu rəhbərliyi, AWD artilleriya kəşfiyyat maşınlarını 155 mm-lik “Krab” özüyeriyən artilleriya qurğularının və ya 122 mm-lik “Langusta” yaylım atəşli reaktiv sistemlərin atəşini idarə etmək üçün də uyğunlaşdırmağı planlaşdırır.

120 mm-lik M120 “Rak” özüyeriyən minaatanının əsas xassələri:

  • çapı – 120 mm;
  • heyəti – 3 nəfər;
  • şaquli tuşlama bucaqları – -3…+85 dərəcə;
  • üfiqi tuşlama bucağı – 360 dərəcə;
  • maksimal atəş məsafəsi:
    • standart mina ilə – 8-8,5 km;
    • əlavə reaktiv mühərrikli mina ilə – 12 km;
  • atəş tezliyi – 10-12 atəş/dəqiqə.

 

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS