Polşa M1A2SEPv3 “Abrams” tanklarının növbəti partiyasını təhvil alıb

Polşa M1A2SEPv3 “Abrams” tanklarının növbəti partiyasını təhvil alıb

Polşa ABŞ istehsalı olan M1A2SEPv3 “Abrams” tanklarının növbəti partiyasını təhvil alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə nazirinin müavini Pavel Bejda özünün “X” hesabında paylaşım edib.

Paylaşımda 19 ədəd “Abrams” tankının çatdırıldığı və onların tezliklə Polşa Ordusunun istismarına veriləcəyi bildirilib.

Xatırladaq ki, Polşa M1A2SEPv3 “Abrams” tanklarının ilk partiyasını bu ilin yanvar ayında əldə edib.

CATEGORIES
TAGS