Polşa minaaxtaran gəmilər alacaq
Polşa hökuməti Baltik dənizində hərbi-dəniz imkanlarını genişləndirmək məqsədilə cari ildə daha 3 ədəd II dərəcəli “Kormoran” minaaxtaran gəmi almağı planlaşdırıb.
“Poliqon” xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşak özünün rəsmi “Tvitter” hesabında bildirib.
Mariuş Blaşak müqavilənin ən geci bu ilin iyun ayında bağlanılmasını məqsədəuyğun hesab edir.
Qeyd edək ki, hazırda Polşa Hərbi Dəniz Qüvvələrində yerli PGZ (“Polska Grupa Zbrojeniowa”) şirkətindən alınan 3 ədəd minaaxtaran gəmi xidmət göstərir.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər