Polşa Ordusu ABŞ-dan “Cougar” MRAP-ları təhvil alıb

Polşa Ordusu ABŞ-dan “Cougar” MRAP-ları təhvil alıb

Polşa Ordusu ABŞ-ın “General Dynamics” şirkətinin “General Dynamics Land Systems” müəssisəsi tərəfindən istehsal edilən “Cougar” minaya qarşı qorumalı (MRAP) zirehli döyüş maşınlarını təhvil alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın Müdafiə naziri Mariuş Blaşçak özünün rəsmi “Twitter” hesabında məlumat yayıb.

Məlumata əsasən şirkət tərəfindən Polşa Silahlı Qüvvələrinə 4×4 təkər platformalı 26 ədəd “Cougar” MRAP təhvil verilib.

Çox məqsədli zirehli nəqliyyat vasitəsi olan “Cougar” MRAP komanda idarəetmə, patrul, kəşfiyyat, tibbi təxliyə kimi əməliyyatların yerinə yetirilməsi üçün də istifadə oluna bilər.

Poliqon.az

CATEGORIES
TAGS