
Polşa Ordusuna yeni “Rosomak” zirehli transportyorları təhvil verilib
Polşa Ordusuna 14 ədəd yeni “Rosomak” zirehli transportyoru təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış özünün “X” hesabında məlumat paylaşıb.
Məlumatda ZSSW-30 qüllə sistemi ilə təchiz olunmuş “Rosomak” zirehli transportyorlarının 21-ci Podhale Atıcı Briqadasında xidmət göstərəcəyi qeyd edilib.





