Polşa ordusunun 21-ci briqadası “Krab” ÖAQ batareyasını qəbul edib

Polşa ordusunun 21-ci briqadası “Krab” ÖAQ batareyasını qəbul edib

Polşa Ordusunun 18-ci Mexanikləşdirilmiş Diviziyasından olan 21-ci “Podhale” atıcılarının briqadası “Krab” özüyeriyən artilleriya qurğularının (ÖAQ) batareyasını qəbul edib.

Bu barədə “Poliqon” Polşa Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Batareyaya daxildir:

  • batareya komandirinin komanda-qərargah maşını – 1 ədəd;
  • tağım komandirininin maşını – 2 ədəd;
  • 155 mm “Krab” ÖAQ – 8 ədəd;
  • nəqletmə-doldurma maşını – 2 ədəd;
  • silahların və elektronikanın təmiri maşını – 1 ədəd;
  • divizion komandirinin qərargah maşını – 1 ədəd.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS