Polşa Ordusunun tank parkı gücləndirilir
Polşanın müdafiə naziri Mariuş Blaşçak ABŞ-dan 116 ədəd M1A1 “Abrams” tankının alqı-satqısı ilə bağlı müqaviləni təsdiqləyib.
“Poliqon” xəbər verir ki, bu barədə Mariuş Blaşçak özünün rəsmi “Twitter” hesabında paylaşım edib.
Müdafiə naziri bildirib ki, ABŞ-dan alınacaq M1A1 “Abrams” tankları Polşa Ordusunun gücünü əhəmiyyətli dərəcədə artıracaq və ölkənin təhlükəsizliyini təmin edəcək.
Mariuş Blaşçak ABŞ-dan sifariş olunan HIMARS yaylım atəşli reaktiv sistemin (YARS) yeni buraxılş qurğularının da tezliklə Polşa Ordusuna təhvil veriləcəyini qeyd edib.
Xatırladaq ki, Polşa 2022-ci ilin aprelində ABŞ-dan 250 ədəd M1A2 “Abrams” SEPv3 tankının, 2022-ci ilin avqustunda Cənubi Koreyadan 180 ədəd K2 tankının alınması üçün müqavilələr bağlayıb.
CATEGORIES Dünya